image-2000x150
image-save_20230213_214135backend

Niderlandada zəlzələ qurbanları anıldı

image-768x150

Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Niderland Krallığının Rotterdam şəhərində yerləşən Qarabağ idman klubunda, Türkiyədə və Cənubi Azərbaycanda baş vermiş zəlzələdə həyatını itirmiş insanların anım mərasimi təşkil edilmişdir.

BAK mətbuat xidmətindən “Diaspornews.az”a xəbər verilib ki, mərasimi Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov açdı.
Zəlzələ qurbanlarının ruhları bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Türkiyə qardaşlığının önəmli tərəflərini vurğulayan Elsevər Məmmədov, həmçini iki dövlət arasında olan sıx bağlılıqdan danışdı.

Türk icmasından olan qonaqlar da mərasimə dəvətli idilər. Azərbaycan xalqına və dövlətinə göstərdiyi yardıma görə öz təşəkkür və ehtiramını bildirən türk qardaşlarımız, insanlarımızın səmimiliyindən, yardımından düyğulandiqlarını bildirdilər.

Zəlzələ qurbanlarının ruhuna
Hollanda Turk Federasyonun nezdinde fealiyyet gosteren “Versaar-Turk Islam Islam Medeniyyet merkezinin” dini xadimi
Ensar Kalemli Qurani Kərim tilavəti etdi və dualardan sonra ehsan verildi.

Mərasimə, Ana Vətən Avropa Azərbaycanlı Qadınları birliyinin üzvləri, Beynəlxalq Azərbaycanlı Xanımları Klubu və burada yaşayan digər soydaşlarımız da qatılmışdılar.

Sonda, İştirakçılar arasında fikir mübadiləsi aparıldı.

image-save_20230213_214150

image-save_20230213_214121

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki