image-2000x150
image-img-20220224-wa0004backend

Niderlandda “Ağ stul-30” dinc aksiyası keçirilib

image-768x150

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Niderlandın Haaqa şəhərindəki Parlamentin (Tweede Kamer) önündə dinc aksiya keçirilmişdir. Bu haqda Diaspornews.aza Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat katibi Gülnarə Əliyeva məlumat verib.

Aksiyanın özünəməxsusluğu, onun Xocalı soyqırımının 30 illiyini tərənnüm edən 30 ağ stul və üzərindəki “Xocalıya Ədalət” lozunqlu tabloların olması idi.
Ağ rəng Niderlandda matəm və etiraz rəngi olduğundan bu, həm də soyqırımın lazımı olaraq hüquqi və siyasi qiymətinin verilməməsinə dəlalətdir. Hər il olduğu kimi, bu il də burada yaşayan azərbaycanlılar və Azərbaycan icmaları adından petisiya imzalayıb Niderland Parlamentinə və əlaqədar qurumlara göndərildi.
3 saatdan çox davam edən dinc aksiya daha sonra Ermənistan səfirliyi qarşısına daşınaraq öz işini orada davam etdi. Burada da həmçini “Ağ stul-30” dinc aksiyası amansız faciənin bəşəri cinayət kimi qiymətləndirilməsi məqsədi daşıyırdı.
Aksiya “Ana Vətən” Avropa Azərbaycanlıları Qadınları Birliyi və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Diaspor İş üzrə Komitəsinin təşəbbüsü ilə baş tutmuşdur. Aksiyaya, eləcə də Niderland Azərbaycan “Odlar Yurdu” cəmiyyəti üzvləri və digər iştirakçılar da qatılmışdır.
Qeyd edək ki, “Ağ stul-30” ideyası “Ana Vətən” Avropa Azərbaycanlıları Qadınları Birliyinin üzvü Xatirə Sərdarqızına məxsusdur.
Niderlandda Xocalı soyqırımının 30-cu il dönümünə həsr edilən tədbirlər davam edir.

image-img-20220224-wa0017

image-img-20220224-wa0009

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki