image-2000x150
image-img-20220329-wa0002backend

Niderlandda “Azərbaycan XX əsrdə: deportasiyalar, soyqırımlar, qırğınlar” mövzusunda konfrans keçirilib

image-768x150

Niderlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərovanin təşəbbüsü və təşkilatçılığı ilə 31 Mart- Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “Azərbaycan XX əsrdə: deportasiyalar, soyqırımlar, qırğınlar” mövzusunda konfrans keçirmişdir.
Bu haqda məlumatı daha da ictimailəşdirərək yayılması üçün, Bakıdan, Azərbaycan Dillər Universitetinin Filologiya üzrə Fəlsəfə doktoru, docent Həqiqət Hacıyeva dəvət edilmişdir.
Həqiqət Xanım həm də, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanlıları İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavinidir.
Konfrans, Azərbaycan və Niderland himni ilə öz işinə başladı. Sonra,
hər iki Qarabağ müharibəsində, deportasiya və soyqırımlar zamanı, həyatlarını itirən hər kəsin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək ruhlarına dualar oxundu.
Konfransın əsas məqsədi barədə məlumat verən Sima Cəfərova, sözü Həqiqət Hacıyevaya verdi.
O, XX əsrdən başlayaraq Xalqımızın başına gətirilən müsibət, soyqırımların səbəb və nəticələrinin ətraflı təhlilini verdi.
Təssüf ki, belə bir tarixi ədalətsizliyin hələ də davam etməsini və bunu törədənlərin hüquqı baxımdan cəzasız qaldığını qeyd etdi.
Həqiqət Haciyeva nitqində, Xalqımızın,
Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşərək, nəinki, torpaqlarımızın geri alınmasında, həmçini, dünya siyasət və iqtisadiyyat arenasında güclü dövlət və xalq kimi özünü təsdiq edildiyini qeyd etdi. Həmçini, 44 günlük müharibədə qəhrəmanlıq göstərən Şanlı Ordumuzun qələbəsi, qürbətdə yaşayan həmyerlilərimizin başı dik, qaməti şux yeriməsinə səbəb olduğunu vurğuladı.
İnternet bağlantısı ilə tədbirə qatılan, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanlıları İcmasının sədri, Millət Vəkili Əziz Ələkbərli də çıxış edərək Qərbi Azərbaycanda baş verən deportasiya və qırğınlar haqqında çıxış etdi. O, öz çıxışında, rusların himayədarlığı ilə torpaqlarımızı işğal edərək viran qoyan, uşaq , yaşlı bilməyərək soydaşlarımızı qətlə yetirən erməni daşnaklarının qurduqları hiyləgər planlardan danışdı.
Əziz Ələkbərli, eləcə də, ermənilər tərəfindən, viran qoyulmuş mədəni irsimiz, memarlıq inciləri, dəyişdirilmiş və erməniləşdirilmiş toponimlərimiz haqda, ürək ağrisi ilə danışdı.
Əziz Ələkbərlinin çıxışından sonra söz, Niderland Türk Azərbaycan Kültür dərnəyinin başqanı İlhan Aşkına verildi. O, əslən Qərbi Azərbaycanlı olub sonra İğdıra deportasiya olunan ailəsi barədə danışdı. O, baş vermiş qırğın və deportasiyalardan nəticə çıxarıb düşmənlə layiqli siyasət yürütməyimiz və tariximizin qanlı səhifəsi olan soyqırımları unutmamağı arzuladı.
Həqiqət Hacıyeva, konfransın təşkilinə görə Benilüks Azərbaycanlıları Konqresinin vitse prezidenti və Şimali Hollandiya Azərbaycanlıları İttifaqının sədri Sima Cəfərovaya öz təşəkkürünü və hədiyyələrini təqdim etdi. Eləcə də, bu işdə əməyi olan BAK üzvləri də hədiyyə ilə təltif olundular.
Öz növbəsində, Sima Cəfərova BAK və Şimali Hollandiya Azərbaycanlıları İttifaqı adından hədiyyələri, iştirakına və konfransın təşkilinə görə Həqiqət Hacıyevanı təşəkkür edərək hədiyyə təqdim etdi.
Daha sonra, konfrans iştirakçıları tərəfindən fikir mübadiləsi aparıldı.
Konfransdan sonra Niderlandda məskunlaşmış Qərbi Azərbaycanlıları nümayəndələri BAK mətbuat xidmətinə müsahibə verərək deportasiya zamanı yaşadıqları sarsıntı və problemlərdən urək acısı ilə danışdılar.
Niderlandda və konfransda qonaq qismində iştirak edən ll Qarabağ müharibəsi qazisindən də müsahibə götürüldü.

image-img-20220329-wa0012

image-img-20220329-wa0006

BAK mətbuat katibi
Gülnarə Əliyeva

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki