image-2000x150
image-img-20220507-wa0032backend

Niderlandda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilib

image-768x150

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar xatirə gecəsi təşkil olunmuşdur.

Gecədə, burada fəaliyyət göstərən diaspora fəalları, icma və təşkilat nümayəndələri iştirak etmişdilər. Benilüks Azərbaycanlıları Konqresinin üzvləri də gecənin qonağı idilər.

Xatirə gecəsi öz işinə Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad etməsi ilə başladı.

Azərbaycan Respublikasının
Niderland Krallılğındakı səfiri Fikrət Axundov, Ulu Öndərin fəaliyyətindən, həmin dövrdə Azərbaycanımızın düşdüyü siyasi- iqtusadı böhran
vəziyyətindən çixarmasından söhbət açdı.

Səfir,
“90 cı illərin əvvəlləri, Sovet İttifaqının dağıldığı bir dövrdə Azərbaycanı bürüyən iqtisadı və siyası böhranın aradan qaldırılması apardığı siyasətin vətinimiz üçün bir qurtuluş oldu. Vətənimizin üzərinə düşmüş ağır slnaq olan Birinci Qarabağ Müharıbəsi, 1 milyona yaxın qaçqının problemini həll etmək böyük bir iş idi ki, Ulu Öndər hamısının öhdəsindən gələ bildi. Ulu Öndər, Azərbaycanın iqtisadi və siyasi inkişaf prosesinin təməlini qoydu. Vətənimizi dünya siyası arenasında tanıtmağı bacardı,” deyərək öz nitqini yekünlaşdırdı.

Sonra Ulu öndərin həyatını tərənnnüm edən film nümayış etdirildi.

Xatirə gecəsindən sonunda, iştirakçılar fikir mübadiləsi və gələcək planlar haqqında müzakirələr etdilər.

Xatirə gecəsi pozitiv notlarla öz işini yekunlaşdırdı.

BAK mətbuat xidməti

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki