image-2000x150
image-img-20220904-wa0021backend

Niderlandda keçirilən Səfirliklər festivalında Azərbaycan təmsil olunub

image-768x150

Hər il olduğu kimi, bu il də Niderlandın Haaqa şəhərində Səfirliklər festivalı təşkil olunmuşdur.
Haaqa şəhər bələdiyyəsinin təşkil etdiyi bu festivalda 50 yə yaxın ölkənin səfirliyi iştirak edirdi.
Müxtəlif xalqların mədəniyyətini özündə cəmləşdirən festivalda iştirak edən hər ölkə öz musiqi, incəsənət, teatr və kulinariya ənənələrini nümayiş etdirmişdilər.
Azərbaycan pavilyonunda ölkəmiz haqqında kitab və jurnallar, eləcə də, milli atributlarımız sərgilənmişdir.
Milli mətbəximizin şahı olan plov, dolma, kabablar və şirniyyatlarımız iştirakçılara təqdim olunmuşdur.
Niderlandda yaşayan həmvətənlərimiz və burada fəaliyyət göstərən təşkilat və icma üzvləri də festivalın aktiv iştirakçıları idilər.
Ölkəmizin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov Azərbaycan pavilyonuna əvvəldən axıra qədər aktiv şəkildə ev yiyəliyi edirdi.
O, digər ölkələrin səfirləri və adi vətəndaşlarla ünsiyyət guraraq onların Vətənimiz haqqında olan hər bir suallarını cavablandırırdı.
Haaqa şəhərinin meri Jan Hendrikus Cornelis van Zanen hər ölkənin pavilyonuna yaxınlaşıb səlahiyyətli nümayəndələrlə görüşüb onlarla festival haqqında fikir mübadiləsi aparirdı.
Milli rəqs qrupumuzun çıxışı festivala demək olar ki, rəng qatdı. Rəngarəng rəqslər təqdim edən qrupumuz iştirakçıların alqışını qazandı.
Digər ölkələrin müsiqili iştirakçıları jazz, pop, soul, folklor və klassik üslubda proqramlar təqdim etdilər.
Festivalın sonu rəqs dolu konsert proqramı ilə əvəzləndi.

image-img-20220904-wa0026

image-img-20220904-wa0024

BAK mətbuat katibi
Gülnarə Əliyeva

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki