Bu həftə Niderland sülh həftəsi qeyd edir. Burada təhsil alan azərbaycanlı tələbələrimiz, Həcər Karaman, Sayad Bağırlı, Həsən İsmayıl, Utrextdəki Dom meydanında sülh həftəsi münasibətilə sükut dairəsinə qoşulublar.
Sükut dairəsi müharibəyə qarşı güclü bir ifadədir və münaqişəni dayandırmaq üçün ortaq bir arzu və ya ümidin simvoludur.
2022-ci il Sülh Həftəsini, həmvətənlərimiz, həmrəyliklə başlamaq, həm də, köçkünləri, qaçqınları və şəhidlərimizi yad etmək istəyiblər.
Bu aksiya ilə onlar, azərbaycanlıların sülh tərəfdarı olmasının və Ermənistan tərəfini sülh muqaviləsinə qoşulmağa cağırış etmək istədiklərini göstəriblər.
Allah şəhidlərimizə rəhmət eləsin,
Qazilərimizə sağlıq və şəfa yetirsin.