28 may-Müstəqillik günü münasibətilə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində təntənəli tədbir təşkil olunmuşdur.
Özünəməxsus kaloriti ilə zəngin olan ölkəmizin bu günkü tədbirini əlamətdar edən fakt onun milli ruhda təşkili idi.
Tədbir Azərbaycan və Niderlandın himninin səslənməsi ilə başladı.
Tədbiri giriş sözü ilə ölkəmizin Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov açdı.
Cümhuriyyət tarixindən, bu yolda vətənimizin üzləşdiyi tarixi olaylardan və müasir Azərbaycan dövlətçiliyinin inkişafı perspektivliyinə nəzər salan səfir, həm də Azərbaycanın bir çox ölkələrlə olan dostluq və səmərəli inkişaf planlarından danışdı.
O, vətənimizin 90 cı illərdə üzləşdiyi erməni içğalçılarına qarşı apardığı müharizəsindən və 2020 ci ildə qazandığımız qələbədən və Qarabağımızda gedən bərpa işlərindən söz açdı.
Bu il Azərbaycan və Niderland arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olduğunu deyən səfir iki ölkə arasındakı münasibətlərin inkişafından da bəhs etdi.
Tədbirdə, Azərbaycan Respublikasına dost və əməkdaşlıq baxımından yaxın olan ölkələrin səfirləri, bəzi diplomatik korpusların nümayəndələri dəvət olunmuşdular.
Qonaqlar sirasında eləcə də, Kimyəvi Silahların Qadağan olması təşkilatı, İtkin Düşmüş Şəxslərin Beynəlxalq Kommisiyasının üzvləri, Beynəlxaq Miqrasiya Təşkilatı, ATƏT- in milli azlıqlar üzrə Komissarı və digər təşkilatların nümayəndələri var idi.
Bura həmçini, Niderland ictimaiyyəti nümayəndələri, burada fəaliyyət göstərən Azərbaycan icma və təşkilatlarının üzvləri də qatılmışdılar.
Qonaqpərvərlik nümayiş etdirən səfirlik nümayəndələri qonaqlarla fikir mübadiləsi apardıqdan sonra xatirə fotoları çəkdirdi.
BAK mətbuat katibi
Gülnarə Əliyeva