image-2000x150
image-19784bf4-11ac-4328-affb-f8a24c0414c0backend

Niderlandda Orhan Arasın “Azərbaycanlı Şair NİZAMİ” adlı kitabının təqdimat mərasimi keçirilib

image-768x150

Niderland Krallığının Haaqa şəhərində, Hollanda Türk Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə Almaniyayada yaşayan yazıçı alim, əslən azərbaycanlı Orhan Arasın  “Azərbaycanlı Şair NİZAMİ” (“Azerbeidzjanse Dichter NİZAMİ”,) adlı kitabının təqdimat mərasimi baş tutmuşdur.
BAK-ın mətbuat xidmətindən “Diaspornews.az”a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İlhan Aşkın sözü yazıçı alim Orhan Arasa verdi.
Dahi Nizami yaradıcılığının fəlsəfi, ədəbi və mənəvi aspektlərindən söhbət açan alim, Nizami yaradıcılığının dünya ədəbiyyatına mühüm təsirini vurğuladı. Bir çox Qərb və Şərq şair və mütəfəkkirlərinin yaradıcılığında əsas dönüş olduğunu və onların şair, filosof, mütəfəkkir kimi formalaşmalarına xüsusi təsir göstərdiyini qeyd etdi.
Orhan bəy, Dahi Nizami poeziyası ümmanının dərinliyinə qərq olan hər bir kəsin bundan yetərincə bəhrə və dərs götürməyini tövsiyə etdi. O,Dahi Nizamınin elmi mədəni irsindən bəhrələnmək hər bir Türkün borcu olduğunu vurğuladı.
Tədbirə Şeir töhfəsi bəxş edən Benilüks Azərbaycanlıları Konqresinin vitse prezidenti Sima Cəfərova, Ofeliya Mehdiyeva və Yusuf Can, eləcə də, Nemət Əliyevin ifasında səslənən Üzeyir Hacıbəyovun bəstələdiyi “Sevgili Cananı” hər kəsi feyziyab etdi.
Tədbirə dəvət olunanlar içərisində, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin səfirlik nümayəndələri,
Niderland Krallığında fəaliyyət göstərən Türk, Azərbaycan təşkilat və icmaları, həmçini hollandiyalı yazıçı və iş adamları var idilər. Eləcə də, Benilüks Azərbaycanlıları Konqresinin qonağı, Azərbaycan Dillər Universitetinin Dosenti və Qərbi Azərbaycanlılar İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyeva da tədbirə qatılmışdır.
Sonda, Hollanda Türk Azərbaycan Dərnəyinin başçısı İlhan Aşkın və Həqiqət Hacıyeva 44 günlük müharibə qazilərinə əllil arabasının hədiyyə edən şəxslərə, həmçini qazilərimizə maddi və mənəvi yardımlar edən hər bir kəsə plaket və təşəkkürnamələr təqdim etdilər. Bunların içində “Kros Medikal” şirkətinin rəhbəri Ron Gelzellenin adını vurğulamaq istərdik ki, o, 40 əlil arabasını təmənnasız olaraq qazilərimizə hədiyyə etmişdir.
Səmimilik və xoş abu hava ilə keçən tədbir, təşkilatçıların təşrif buyurduqları üçün hər kəsə təşəkküründən sonra sona yetdi və xatirə fotoları çəkildi.

image-ce58f235-a2ab-4434-8b2b-2f72479e70cf

image-828010d5-df01-446d-bbb2-6df7cac7b4e7

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki