image-2000x150
image-16-59-54-1655980730328261474_750x500backend

Niderlandın “oorlogsverhalen.com” portalında Ağdamla bağlı sənədli film yayımlanıb VİDEO

image-768x150

Niderland Krallığında fəaliyyət göstərən “Birlikdə güclüyük” Fondunun təşəbbüsü və təşkilatçılığı ilə lentə alınmış Ağdam rayonu ilə bağlı sənədli film müharibə hekayələrindən bəhs edən “oorlogsverhalen.com” portalında yayımlanıb.

AZƏRTAC xəbər verir ki, “Birlikdə güclüyük” və Niderlandın “Müharibə hekayələri” fondları Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycanın yaşadığı zillətləri əks etdirmək üçün Ağdam və digər rayonlarda erməni işğalının qurbanı olan insanlar, eləcə də işğalçılar tərəfindən törədilmiş vəhşilikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün birgə layihə həyata keçirirlər. Ağdam rayonu ilə bağlı sənədli film həmin layihənin bir hissəsidir. Layihənin əsas məqsədi müharibənin fəlakət və ağrılarını şahidlərin vasitəsi ilə təqdim etməkdir.
Sənədli filmdə Ağdamda anadan olmuş, bu gün Niderlandda yaşayan “Birlikdə güclüyük” Fondunun təsisçisi İlkanə Qocanın Qarabağ, Ağdam şəhərində müharibə zamanı yaşanılmış fəlakətlərlə bağlı xatirələri yer alıb. O, Birinci Qarabağ müharibəsində itkin düşmüş qardaşı Teymur Yusifovdan danışaraq, onun hələ də yaşadığına ümid etdiklərini bildirib. Ancaq qardaşının silahdaşları ona qardaşı Teymur Yusifovun həlak olduğunu xəbər verdikdə yaşadığı acılardan söz açıb. Ailəsinin bu ağır itkini necə yaşamasına dair xatirələrini bölüşüb.
Sənədli filmdə İlkanə Qocanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun sayəsində azad edilmiş Ağdamdakı ata yurduna səfəri, doğma evlərinin qalıqlarını tapması da yer alıb. İ. Qoca ata yurduna səfər etməkdə, sənədli filmin çəkilişində ona yardımçı olmuş aidiyyəti orqan və insanlara təşəkkürünü bildirib. Bu gündə düşmənin basdırdığı minalardan hələ də tam təmizlənməmiş bu ərazilərə səfərin nə qədər çətin olmasından danışıb.
İlkanə Qoca tərəfindən Ağdamda toplanmış məlumatlar, çəkilmiş filmlər əsasında sənədli film və məqalə hazırlayaraq, portalında paylaşmış “Müharibə hekayələri” Fondu dünyanın müxtəlif yerlərində müharibədə olmuş niderlandlılar haqqında filmlər çəkib yayımlayaraq, geniş dinləyici auditoriyasını müharibə fəlakətlərinə dair məlumatlandırır. “Müharibə hekayələri” Fondunun hazırladığı məlumatlar bu Fondun əməkdaşlıq etdiyi bir neçə yerli televiziya kanalı vasitəsi ilə də yayımlanır.
“Müharibə hekayələri” Fondunun portalında Ağdam reallıqlarını əks etdirən sənədli filmlə bağlı məqalədə dərc olunub.

image-16-59-48-16559807304265960702_750x500

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki