8 may 2022-ci ildə Niderland Krallığının Utrext şəhərində Birlikdə Güclüyük Fondunun idarə heyəti və aktiv üzvlərinin təşkilatçılığı ilə Azərbaycan icmasının görüşü keçirildi.
“Diaspornews az” xəbər verir ki, Birlikdə Güclüyük Fondunun həmsədri İlkanə Qoca, görüş zamanı 22-23 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı haqqında məlumat verdi və ümümi təəssüratlarını bölüşdü. Eyni zamanda Dünya Azərbaycanlılarının V Qurultayinda cənab prezident İlham Əliyev tərəfindən qeyd olunan məsələlər icma üzvlərinin diqqətinə çatdırıldı. Azərbaycan dilinin, mədəniyyətinin, eləcə də milli dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün gələcəkdə atılacaq addımlar haqqında fikir mübadiləsi aparıldı.
İlkanə Qoca, eyni zamanda işğaldan azad olunmuş ərazilərə, Şuşaya və Ağdama olan səfəri haqqında öz təəssüratlarını və Qarabağda, eləcə də Ağdamda olan mina problemlərini iştirakçılarla bildirdi.
Eyni zamanda da hal-hazırda Utrext əyalətində olan icma haqqında və Utrext əyalətində yaşayan azərbaycanlıların gələcək planları haqqında müzakirələr aparıldı, icma üzvlərinin fikirləri dinləndi.
İcmanın istəkləri və arzularını nəzərə alaraq iş planı hazırlandı.