image-2000x150
image-fb_img_1643306443907backend

Nyu-York Azərbaycan Mədəniyyət mərkəzinin hesabat toplantısı keçirilib

image-768x150

Yanvarın 23-də Nyu-York Azərbaycan Mədəniyyət mərkəzinin hesabat toplantısı keçirilmişdir. “Diaspornews.az” xəbər verir ki, toplantını giriş sözü ilə mərkəzin prezidenti Telman Cəlil açmışdir. Toplantı Azərbaycanın Dövlət Himni ilə başlanmışdır. Sonra Vətən uğrunda şəhid olanlar bir dəqiqəlik sükutla yad edilmiş və Allahdan rəhmətlə anılmışlar. Toplantıda əsas 6 məsələ haqqında müzakirələr olmuş, bu müzakirələrdə gənclər aktivlik göstərmiş, ayrı-ayrı çıxışlar olmuşdur. İclasda səsvermə yolu ilə 11 nəfərdən ibarət Bədii Şura yaradılmış və onların məqsəd və məramları təqdim edilmişdir. Tədbirdə

Nyu-York Azərbaycan Mədəniyyət mərkəzinin indiyə qədər fəaliyyəti və qarşıdakı tədbirlərin müzakirəsi olmuşdur. Müxtəlif fikirlər, ideyalar istəklər söylənmişdir. “Tədbir iştirakçıları, mərkəzinin bu toplantısının gələcəkdə keçiriləcək müxtəlif tədbirlərə böyük fayda verəcəyinə inanır və yekdilliklə qəbul edirlər. Ən sonda tədbir iştirakçıları Nyu-York Azərbaycan Mədəniyyət mərkəzinə uğurlar arzu etmişlər. Amerikada Azərbaycanı layiqincə təbliğ etmək, yaşatmaq ən böyük şərəfdir və biz bununla qürur duyuruq”-deyə, Telman Cəlil bildirib.

image-fb_img_1643306407010

image-fb_img_1643306413950

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki