image-2000x150
image-photo-2025-10-01-22-33-23-768x469backend

Nyu-Yorkda Üzeyir Hacıbəyovun yubileyi qeyd olunub.

image-768x150

25 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərindəki Davidzon Radio Theatre Lounge-da görkəmli Azərbaycan bəstəkarı, dramaturqu, ictimai xadim, Azərbaycan Dövlət Himninin müəllifi Üzeyir Hacıbəyovun anadan olmasının 140 illiyinə həsr olunmuş konsert olmuşdur.

Tədbir Azərbaycan Dağ Yəhudiləri İcmasının Nyu-Yorkdakı Mədəniyyət Mərkəzi tərəfindən rus, ingilis və azərbaycan dillərində təşkil edilib və keçirilib.

“The Bukharian Times” qəzetinin baş redaktoru, musiqişünas Rafael Nektalov açılış nitqi ilə tamaşaçılara müraciət edib. O, Hacıbəyovun həyat və yaradıcılığından danışıb, onun təkcə Azərbaycanda deyil, bütün Qafqazda, Orta Asiya respublikaları olan Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkmənistanda, Rusiya Federasiyasının muxtar respublikalarında – Çeçenistan, Dağıstan, Çərkəz, İnquşiyada bəstəkarlıq məktəbinin inkişafı və formalaşmasında mühüm xidmətlərini qeyd edib.

Romansların, mahnıların və “Arşın mal alan” musiqili komediyasından parçaların səsləndiyi konsertdə pianoçu və bəstəkar Ruslan Ağababayev, müğənnilər Rüstəm Zeynalov, Emin İsmayılov, Leyla Qəhrəmanova, skripka ifaçısı Devid Maks çıxış ediblər.

Mərasim Üzeyir Hacıbəyovun müəllifi olduğu, Devid Maksın Ruslan Ağababayevin orijinal tərcüməsi ilə ifa etdiyi Azərbaycan Dövlət Himninin ifası ilə yekunlaşıb.

Rafael Nektalov Üzeyir Hacıbəyovun yubiley ilinin sonuna qədər Nyu-Yorkdakı Buxaran Yəhudi Mərkəzində, eləcə də Azərbaycan, özbək və tacik əsilli yəhudi icmalarının məskunlaşdığı Atlantada konsertlərin keçirilməsini təklif edib.

Təkcə dahi bəstəkarın deyil, həm də onun ölkəsi olan Azərbaycana əsl musiqi və məhəbbət təntənəsi təşkil edən, hamımızı qonşuların toplaşdığı Bakı həyətinin ab-havasına çatdıran təşkilatçılara təşəkkür etmək lazımdır: süfrələr, şampanlar, qəlyanaltılar, vətənləri haqqında xoş xatirələr.

Bu möhtəşəm axşam icma liderlərindən biri, icma layihələrini dəstəkləmək üçün heç bir fürsəti əldən qaçırmayan Elxanon İsrailovun səxavətli dəstəyi ilə keçirildi.

Müəlliflə qısa söhbətdə ABŞ-ın Dağ Yəhudiləri Mədəniyyət Mərkəzinin sədri Yakov Abramov bildirib ki, rəhbərlik etdiyi qurum ABŞ və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş bir sıra proqramlar, o cümlədən ictimai diplomatiya çərçivəsində müxtəlif tədbirlər həyata keçirir. O əlavə etdi:

– Fürsətdən istifadə edərək, diasporumuzun mədəni həyatında əlamətdar hadisəyə çevrilmiş bu gözəl gecənin keçirilməsi ideyasının təşəbbüskarı olan möhtəşəm caz pianoçusu və bəstəkarı Ruslan Ağababayevə təşəkkür etmək istərdim.

 

Mira Zərgərova

Bukharian Times
Foto İlya Baazov

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki