image-2000x150
image-img_20220601_090035backend

Nyu-Yorkdakı soydaşlarımız Müstəqillik Gününü konsertlə qeyd ediblər

image-768x150

Minəvvər Vahabova: “Bütün zal Vətənimizi Müstəqillik Günü münasibətilə alqışlarla təbrik etdi”

Mayın 28-də ABŞ-ın Nyu-York şəhərində
türk pop ulduzu Hadisənin konserti olub. Müstəqillik Gününə təsadüf edən konsetdə Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri də iştirak ediblər.
Bu haqda “Diaspornews.az”a Azərbaycan-Amerika Qadın Cəmiyyətinin sədri Minəvvər Vahabova öz təəssüratlarını bildirib: “Azərbaycan Respublikasının Müstəqillik Günü. Bu günü hər kəs öz tohfəsi ilə qarşıladı.
Azərbaycan Amerika Qadın Cəmiyyəti və Nyu York Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri isə bu gündə tanınmış türk pop ulduzu Hadisənin konsertində iştirak etdilər.
Bu konsert yalnız bir türk müğənnisinin sıradan bir konserti deyildi.
Eyni səhnəni Azərbaycan musiqisinin gözəl səslərindən biri olan Leyla Celil də paylaşdı. Leyla xanım iki türk və bir Azərbaycan mahnısını ifa etdi.
Öz ifası ilə 1500 nəfərlik zalı coşdurdu. Əlində Azərbaycan və Türkiyə bayraqları var idi. Doğma Vətənimizi gözəl bayram münasibətilə həm türk qardaşlarımız, həm də icmamızın üzvləri təbrik etdilər.
Bütün zal Vətənimizi Müstəqillik Günü münasibətilə alqışlarla təbrik etdi.
Zalda da üçrəngli aylı-ulduzlu bayrağımız yenə də həmişə olduğu kimi başımızın üstündə dalğalandı.
Bu il də bu əlamətdar günümüzü belə qeyd etdik.
ÇOX YAŞA DOĞMA AZƏRBAYCANIMIZ!!!
Nə qədər ürəyimiz döyünür, o ürək yalnız sənlə birlikdə döyünəcək canımız Azərbaycanımız!!!
Bayrağımız hər yerdə başımızın üzərində olacaq”.

image-fb_img_1654059432596

image-img_20220601_085951

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki