image-2000x150
image-img-20220712-wa0005backend

“Odlar yurdu” ansamblı “Sibir dünyası” festivalının qalibi olub

image-768x150

Rusiya Federasiyasının Krasnoyarsk diyarının Şuşenski rayonunda ənənəvi dünyaca məşhur “Sibir dünyası” etnik musiqi və sənətkarlıq beynəlxalq festivalı keçirilib. 2003-cü ildən keçirilən “Sibir dünyası” festivalı açıq səma altında Sibirin əsas musiqi tədbiri, milli xalq melodiyalarının marafonu, görünməmiş mədəni ziyarət yeri, minlərlə qonağın və yüzlərlə iştirakçının cəlb olunduğu məkandır. Burada öz əcdadlarının mədəni ənənələrini qoruyub saxlayan musiqiçilər, rəqqaslar və sənətkarlar nümayiş etmək, tamaşaçılar isə bayram ab-havasına qərq olmaq, xalq yaradıcılığının yeni cəhətlərini kəşf etmək imkanı əldə edirlər.

“Diaspornews.az” xəbər verir ki, builki festivalda “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı “Xoreoqrafik ansamblı” nominasiyası üzrə “Sülh” (“Мира”) etnomusiqi mükafatının laureatı olub.
Xatırladaq ki, “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblını direktoru Səadət Qarayeva, bədii rəhbəri Aqil Cəfərov, xoreoqrafı isə Aysel Cəfərovadır.
Səadət Qarayevanın təşəbbüsü və səyi ilə yaradılmış xalq ansamblı artıq 15 ildir ki, Azərbaycan mədəniyyətini və tarixini nəinki Sibirdə, eləcə də Rusiyanın digər regionlarında və dünyanın müxtəlif şəhərlərində layiqincə təmsil edir. Ansamblın fəaliyyətinə Krasnoyarskda Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti dəstək verir.

image-img-20220712-wa0007image-img-20220712-wa0009image-img-20220712-wa0008image-img-20220712-wa0006

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki