“Odlar Yurdu” Azərbaycan Xalq Mahnı və Rəqs Ansamblının rəqqasələri “Rusiyanın adları” uşaq və gənclər yaradıcılığının X Beynəlxalq festival-müsabiqəsinin seçmə mərhələsində parlaq uğur qazanıblar.
“Bu qələbə unikal komandamızın əməyi və istedadı sayəsində mümkün olub. Rəqqaslarımız “Xoreoqrafik sənət, xalq üslublu rəqs;: Ansambl, qarışıq yaş kateqoriyası” və “16-18 yaş kateqoriyası” nominasiyaları üzrə nüfuzlu Qran Pri mükafatına layiq görülüblər.
Bu uğur “Odlar Yurdu”nun dünya səhnəsində yeni mərhələnin başlanğıcıdır və biz mədəni irsimizi dünya ilə bölüşmək imkanımızdan qürur duyuruq”, – deyə ansamblın bədii rəhbəri Aqil Cəfərov saytımıza bildirib.
Qeyd edək ki, seçmə mərhələlər Rusiyanın 11 böyük şəhərində keçirilir, final isə Moskvada baş tutacaq və burada ölkənin ən güclü komandaları qarşılaşacaq.