image-2000x150
image-img_20220814_092919backend

Orenburqda Azərbaycan mətbəxi təqdim edilib

image-768x150

Avqustun 13-də Rusiyanın Orenburq vilayətində Saqarçin kəndinin 117 illiyi münasibətilə bayram tədbiri keçirilib. “Diaspornews.az” xəbər verir ki, tədbirdə Rusiyada yaşayan müxtəlif xalqların nümayəndələri milli mətbəxlərini nümayiş etdiriblər. Tədbirdə Orenburqun Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Yaşar Məsimovun dəstəyi və təşkilatçılığı ilə Azərbaycan mətbəxi də təqdim edilib. Qonaqlar və kənd sakinləri Azərbaycanın milli mətbəxinin təamlarından dadaraq məmnun olduqlarını bildiriblər.

Bayram tədbirində Saqarçin Bələdiyyəsinin sədri adından Yaşar Məsimova ictimai fəallığına və təşkilatçılığa görə təşəkkürnamələr təqdim edilib.

Yaşar Məsimov çıxış edərək kəndin ad günü münasibəti ilə sakinləri səmimi qəlbdən təbrik edib: “Hər kəsi salamlayıram. Sizin kəndə uğurlar və firavanlıq arzulayıram. Hər zaman sülh və əmin-amanlıq içində yaşamaq diləyi ilə bayramınızı təbrik edirəm”.
Sonra tədbir Kənd Gününə həsr olunan
konsertlə davam edib.

Konsertdə dahi müğənni və bəstəkar Müslüm Maqomayev anadan olmasının 80 iliyi münasibətilə yad edilib. Belə ki, konsertdə Müslüm Maqomayevin “Dəniz” mahnısı səsləndirilib. Bu da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsert zamanı pəhləvan Əmir Balakənli bir neçə təhlükəli nömrələr ifa edərək tamaşaçıları heyrətləndirib.

Sonra illüzionist Zaur Məmmədov maraqlı fokus nömrələri ilə çıxış edərək tamaşaçıları əyləndirib.
Xatırladaq ki, Əmir Balakənli və Zaur Məmmədovu Azərbaycandan Orenburqa Yaşar Məsimovun dəvət və dəstəyi ilə gediblər.

image-img-20220813-wa0019

image-img-20220813-wa0026

image-img-20220813-wa0031

image-img-20220813-wa0032

image-img-20220813-wa0030

image-fb_img_1660449318152

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki