image-2000x150
image-save_20230215_073318backend

Orenburqun azərbaycanlı ictimai fəalları Kazanda Türkiyənin Baş konsulu ilə görüşüblər

image-768x150

Ötən gün Orenburq vilayətinin azərbaycanlı ictimai fəalları qardaş Türkiyənin Baş konsulu ilə Kazan şəhərində görüşüblər. Diaspornews.az xəbər verir ki, Orenburq vilayətinin ictimai fəalları konusula başsağlığı veriblər.

Baş konsul İsmet Erikan bu humanitar yardıma görə Orenburq vilayətində yaşayan bütün həmvətənlərimizə dərin minnətdarlığını bildirib.
Orenburq Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Yaşar Məsimov baş konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb: “Qardaş türk xalqına dərin hüznlə başsağlığı veririk. Baş verən qəzada həlak olanların acısı təkcə Türkiyənin deyil, həm də bizim ortaq acımızdır. Biz bunu öz kədərimiz kimi yaşayırıq. Bu ağır günlərdə Türk qardaş və bacılarımızın yanındayıq!!!
Allah faciə zamanı həyatını itirən şəxslərə rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk! Yaralananların tezliklə şəfa tapmasını və dağıntılar altında qalmış insanların xilas olmasını arzulayırıq!
Başın sağ olsun, Türkiyə!”

image-save_20230215_073334

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki