image-2000x150
image-09-39-07-1646022330199034241_750x500backend

Oslonun mərkəzində Xocalı soyqırımı qurbanlarına həsr olunan sərgi açılıb

image-768x150

Oslonun mərkəzində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgi CAN diaspor təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunub. Oslonun mərkəzində yerləşən Aker Brygge mərkəzində yerləşdirilən məlumat lövhələrindən ibarət sərgi “Xocalıya ədalət” kampaniyası çərçivəsində yerli insanları baş verən qanlı hadisələr haqqında maarifləndirmək məqsədilə təşkil edilib.
Sərginin açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının İsveç və eyni zamanda Norveç Krallığında səfiri Zaur Əhmədov, Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman, habelə Pakistan, Bosniya, Şimali Makedoniya və Qazaxıstanın bu ölkədəki səfirləri və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən “Can” diaspor təşkilatının sədri Şervin Nəcəfpur 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş soyqırımı haqda ətraflı danışıb. Bildirib ki, 613 nəfəri yalnız azərbaycanlı olduğuna görə xüsusi amansızlıqla qətlə yetirən erməni cinayətkarlar “Böyük Ermənistan” arzularını həyata keçirmək üçün Azərbaycan ərazilərini işğal etməyə çalışıb. Həmin illər baş verənlər nəticəsində bir milyona yaxın insanın qaçqın düşdüyünü diqqətə çatdıran diaspor fəalı, bu dəhşətli hadisələrin dünyanın gözü qarşısında baş verdiyini xatırladıb.
Sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Xocalı soyqırımına həsr olunan sərginin Oslonun mərkəzində keçirilməsinin vacibliyinə toxunaraq baş verən qanlı hadisələrin bugünkü qeyri-stabil dünyada yaşayan insanlar üçün də dərs ola biləcəyini vurğulayıb. “Bu gün biz burada ifadə olunan fikirlərə dəstək olaraq dünyaya qisas çağırışı ilə deyil, bu cür soyqırımlara son qoymaq çağırışı ilə müraciət edirik. Biz yeni Xocalı qətliamları kimi dəhşətlərin yenidən baş verməsini istəmirik”, – deyə Fuad Muradov bildirib.
Fikrini davam etdirən komitə sədri, Norveç ictimaiyyətinin nümayəndələrini Azərbaycanla daha yaxından tanış olmağa və ölkəmizə turistik səfərlər etməyə çağıraraq, diasporumuzun iki ölkə arasında əlaqə qurmağında rolunu vurğulayıb.
Türkiyənin Norveç Krallığındakı səfiri Fazlı Çorman Xocalı hadisələrinin dəhşətlərindən danışaraq, bu cür soyqırımlarının birdə təkrarlanmamalı olduğunu xüsusilə qeyd edib.
Uzun illər erməni işğalında olan Azərbaycan torpaqlarının azad etməsini məmnunluqla söyləyən səfir Qafqaz regionunda yalnız qarşılıqlı hörmət və ədalət prinsiplərinə əsaslanan gələcəyin qurulması üçün atılan addımlar və ölkələr arasında əlaqələrin normallaşdırılması uğrunda danışıqlardan bəhs edib.
Tədbirin sonunda Pakistan əsilli Norveçli siyasətçi Mahmud Əhməd çıxış edərək Xocalı soyqırımı haqqında danışıb və dünyada sülhün yalnız ümumyaşam və dözümlülük nümayişi ilə təmin edilə biləcəyini dilə gətirib.

image-09-38-33-16460223303685354479_750x500

image-09-38-49-16460223305741728726_750x500

image-09-39-20-16460223301496451672_750x500

image-09-38-58-16460223305691656914_750x500

image-09-39-12-16460223304008451992_750x500

image-09-38-43-1646022330632351011_750x500bu

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki