image-2000x150
image-ozbekistan-muzaffer2backend

Özbəkistan saytı: “Qarabağda ermənilərin törətdikləri dağıntılar artıq dünyaya bəyan olunub”

image-768x150

Özbəkistanın “Muzaffar.uz” saytında “Qarabağdakı erməni dağıntıları əcnəbilərin gözü ilə” sərlövhəli məqalə dərc olunub. Məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

Məqalədə İkinci Qarabağ müharibəsində qələbədən sonra Azərbaycan işğaldan azad olunan rayonlarda Ermənistanın üzə çıxan vandallıq və insanlığa sığmayan vəhşilikləri dünyanı şoka saldığı qeyd olunur.

Yazıda Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edildən danışılır: “2021-ci ilin fevralında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarında ermənilər tərəfindən dağıdılan məscid və qəbiristanlıqlara baş çəkiblər. Maraqldır ki, bu səfər iştirakçıları da erməni işğalı nəticəsində dağıdılmış şəhərlərin, mədəniyyət və tarixi abidələrin durumundan dəhşətə gəliblər. Hətta Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm isə paltosunu canamaz əvəzinə yerə sərərək, ermənilər tərəfindən dağıdılmış Zəngilan şəhər məscidində namaz qılıb”.

Məqalədə Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Əşrəfxanovun, eləcə də Özbəkistanın media təmsilçilərinin də işaldan azad olunan rayonlara səfərləri haqqında məlumat verilir.

Yazıda Qarabağdakı ermənilərin törətdikləri dağıntıların artıq dünyaya bəyan olunduğu vurğulanır.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

http://muzaffar.uz/yangiliklar/3475-chet-elliklar-nigohida-qorabogdagi-armanlarning-vayronagarchiliklari.html

image-ozbeksitan-muazffer1

 

 

 

 

 

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki