image-2000x150
image-img-20220207-wa0024backend

Özbəkistanda milli mədəniyyətimizin təbliği işi davam etdirilir

image-768x150

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Daşkənd vilayəti üzrə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Qalib Müslümov arasında görüş keçirilmişdir.

Görüşdə milli mədəniyyətimizin Özbəkistanda tanıdılması, Daşkənd vilayəti üzrə yerli diaspora təşkilatının fəaliyyəti, əməkdaşlıq məsələləri, habelə gələcək planlar barədə müzakirə aparılmışdır.
Daşkənd vilayəti üzrə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Qalib Müslümov təşkilatın mərkəzi ofisinin Nurafşan şəhərinə köçürüldüyünü, Özbəkistan dövləti tərəfindən xüsusi otaq şəraitinin yaradıldığını qeyd edərək milli mədəniyyətimizin təbliği üçün əyani vasitələrə ciddi ehtiyacın olduğunu bildirib.
Görüşün nəticəsi olaraq Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd vilayəti üzrə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinə tədbirlərdə istifadə və təbliğat üçün ölkəmizə dair əyani vəsaitlər və zəngin kitab kolleksiyası əvəzsiz olaraq verib.
Kolleksiyaya Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı Özbək dilində” layihəsi ilə nəşr olunan kitablar, Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair çoxsaylı nəşrlər daxil edilib. Hədiyyə kitablar arasında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, habelə Heydər Əliyev Fondunun layihəsi ilə ölkəmizə dair çap olunan vəsaitlər yer alıb.
Bundan başqa, Azərbaycan mədəniyyətinə dair “İRS НАСЛЕДИЕ” və “БАКУ” jurnalları, Azərbaycan musiqisinə dair disklər, habelə ölkəmizin təbliğinə dair bir sıra suvenirlər, milli geyimlər kolleksiyaya daxil edilmişdir.
Qeyd edək ki, Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son illərdə keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair, habelə Xocalı soyqırımına dair nəşrlər yerli diaspora təşkilatına verilib.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ənənəvi olaraq “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində hər il ölkəmizə dair kitab, jurnal, elektron nəşr Özbəkistanın aparıcı kitabxanalarına, elm və təhsil müəssisələrinə, Azərbaycan ocaqlarına, yerli diaspora təşkilatlarına hədiyyə edilir.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki