image-2000x150
image-a011d6a3-6633-4308-8ef6-3a4c151cb8c7backend

Özbəkistanda “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı sərginin açılışı olub

image-768x150

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondunun layihəsi ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji  Universitetinin mərkəzi foyesində “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinin açılışı olub.

Sərgidə əsrlər boyu Türklərin yaşadığı əraziləri göstərən xəritələr, Şərqi Türküstan, böyük coğrafiyaşünasların Mərkəzi Asiya, bugünkü türk dövlətlərini göstərən xəritələr, qədim Azərbaycan dövlətlərinin ərazilərini əks etdirən tarixi xəritələr,  Qafqazların ən qədim dövr, orta əsrlər, habelə Sovet dövrünə qədər tarixi xəritələri və istiqlal mübarizəsinə dair fotoşəkillər nümayiş olunub.

Sərginin açılışında Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan, Türkiyə Səfirliklərinin diplomatları, Özbəkistanın dövlət və hökumət nümayəndələri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, elm, mədəniyyət, təhsil sahəsinin tanınmış nümayəndələri, müəllim və tələbələr, jurnalistlər iştirak ediblər.

Sərgidə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondunun xəritələr kolleksiyasından istifadə olunub.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki