image-2000x150
image-img-20220224-wa0023backend

Özbəkistandakı güləşçimiz Əmrah Hüseynovdan növbəti möhtəşəm qələbə

image-768x150

Özbəkistanın paytaxtı Daşkənd şəhərində gənclər və yeniyetmələr arasında sərbəst güləş üzrə seçmə yarışlar keçirilib.
“Diaspornews.az” xəbər verir ki, yarışlarda Daşkənddə yaşayan soydaşımız Əmrah Hüseynov 60 kiloqram çəki dərəcəsində 5 rəqibinə qalib gələrək çempion olub. İdmançımızın rəqibləri heç biri xal qazana bilməyiblər.
Bununla Əmrah Hüseynov aprel ayında keçiriləcək D.Mansurov adına beynəlxalq yarışa vəsiqə qazanıb. O, həmçinin Asiya çempionatıında iştirak edəcək.

Qeyd edək ki, Əmrah Hüseynov Özbəkistanda doğulub. Onun atası Mehdi Hüseynov da Özbəkistanın tanınmış güləşçisidir. O, Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzi nəzdindəki güləş bölməsinin məşqçisi olub.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki