image-2000x150
image-img-20220823-wa0017backend

Özbəkistanın Katta Kurqan teatrında Azərbaycan əsərləri səhnəyə qoyulacaq

image-768x150

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Səmərqənd şəhər Katta Kurqan Teatrının rəhbəri, tanınmış rejissor Batır Tuqalovu qəbul edib.

“Diaspornews.az” xəbər verir ki, görüşdə Özbəkistan-Azərbaycan arasında teatr sənəti sahəsində əməkdaşlıq, Azərbaycan əsərlərinin Səmərqənd teatrında səhnələşdirilməsi, Azərbaycan teatr müəssisələri ilə əlaqələrin genişləndirilməsi, rejissor və artistlərin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin reallaşdırılması məsələləri razılaşdırılıb.
Cari ilin 18 oktyabr tarixində Səmərqənd şəhər gününə həsr olunmuş tədbirlərdə Azərbaycan Mədəniyyət Mərkəzinin iştirakı, azərbaycanlı sənətçilərin çıxışı və s. barədə fikir mübadiləsi aparılıb. Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzi, onun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verərək, Mərkəzin binası, muzeyləri ilə qonağı tanış edib.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki