Pakistanda Pak Türk Maarif beynəlxalq məktəbdə keçirilən Bahar bayramı festivalında Azərbaycan pavilyonu qurulub.
Bu haqda “Diaspornews.az“a Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, fəal diaspor üzvü Şəhla İsayeva məlumat verib.
Şəhla İsayevanın Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə qurduğu bu pavilyonda ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, o cümlədən Novruz adət-ənənələri, milli mətbəximiz təqdim olunub. Azərbaycan pavilyonu şənlik iştirakçılarının böyük marağına səbəb olub.
Tədbir yerli mediada işıqlandırılıb.
Xatırladaq ki, Şəhla Rahib qızı İsayeva 1971-ci ildə Sabirabad rayonunda doğulub. 2005-ci ildə pakistanlı iş adamı Annes İqbal Choudhry ilə ailə həyatı qurub. İki əkiz oğlanları var. Yeri gəlmişkən, onun oğlanları da Pak Türk Maarif beynəlxalq məktəbdə təhsil alırlar.
15 ildən artıqdır ki, Pakistanda yaşayan Şəhla İsayeva daima Azərbaycanının təbliğatını aparır.