image-2000x150
image-img_20221107_085459backend

Pakistandakı soydaşımız yerli mediada təhsilin inkişafı ilə bağlı təkliflərini verib

image-768x150

Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, Pakistanda fəal diaspor üzvü Şəhla İsayeva yerli mediada təhsilin təşviq edillməsi ilə bağlı təkliflərlə çıxış edib. Pakistanın “Awami akbar” qəzetində dərc edilən yazıda Şəhla İsayeva qeyd edib ki, yalnız təhsillə hər hansı bir cəmiyyət inkişaf yoluna qədəm qoyur: “Bu gün təhsilin yüksəldilməsi iqtisadiyyatın yaşaması və inkişafı üçün vacibdir. Gənclər qohumbazlığın aradan qaldırılmasında mühüm rol oynaya bilər. Gənclər cəmiyyətin dayağıdır”.
Şəhla İsayeva əlavə edib ki, hər hansı bir məsələdə öz şəxsi fikirlərini son söz kimi görmək və onları inandırmaq üçün zorakılığa əl atmaq, başqalarının fikirlərini qəbul etməmək təəssübkeşlikdir: “Cəmiyyətin inkişafında bir maneə var, təhsildə varlı-kasıb uçurumunu aradan qaldırmağa çalışmalıyıq. Bütün bunlar o zaman mümkün olacaq ki, büdcəmizdə təhsilə daha çox önəm verilsin ki, biz ölkəmizin paytaxtı və qiymətli sərvəti olan istedadlarımızı müasir dövrün tələblərinə uyğun olaraq inkişaf yoluna yönəldə bilək. Terrorla, ekstremizmlə ancaq bu cür mübarizə aparmaq olar. Təhsil insan şüurunu təmin edir”.
Xatırladaq ki, Şəhla İsayevanın mediada bu təklifləri yerli rəsmilər və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Diaspornews.az

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki