Pakistanın Kəşmir Gənclər Forumunun icraçı direktoru, tanınmış jurnalist Zaman Bajwa Azərbaycan xalqına başsağlığı verib. Başsağlığında deyilir: “Sentyabrın 12-də igid əsgərlərinin şəhid olması münasibətilə qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Ürəyimiz 50 şəhid ailəsinin yanındadır. Allahım bu torpağın övladlarının şəhidlərini qəbul etsin, ölkəyə sülh və şöhrət gətirsin”.
Xatırladaq ki, dəfələrlə Azərbaycanda olan Zaman Bajwa daimi olaraq Qarabağda baş verənlərlə bağlı Pakistan və digər ölkələrin mediasında məqalələrlə çıxış edir.