Polşanın paytaxtı Varşava şəhərində Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində rəsmi qonaqlarla bərabər Polşada yaşayan üç yüzə yaxın həmvətənlərimiz də iştirak edib.
Tədbirdə çıxış edən Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruz bayramının tarixi və əhəmiyyətindən danışıb.
Daha sonra tədbirdə bayram tonqalı yandırılıb, milli musiqilərimiz və rəqslərimiz ifa olunub, tədbir iştirakçıları milli mətbəximizə məxsus bir sıra təamların dadına baxıblar.
Qeyd edək ki, Polşa Azərbaycanlıları Şurası mütəmadi olaraq həmvətənlərimizlə bağlı müxtəlif layihələr keçirir və bu ölkədə olan həmvətənlərimizi bir yerə toplayır.