image-2000x150
image-img-20220321-wa0003backend

Polşadakı gənclərimiz Novruz bayramını tonqal ətrafında qeyd edibər

image-768x150
Polşadakı azərbaycanlı gənclər Novruz bayramını tonqal ətrafına toplaşaraq qeyd ediblər. Bayram tədbiri Polşanın Malopolski regionunun Krakov şəhərində Zakrzowek gölü ətrafındakı milli qoruqda təşkil edilib.

“Diaspornews.az” xəbər verir ki, tədbirin təşkilatçılığı Malopolski regionu Azərbaycan icma rəhbəri Hüseyn Salehov, Silesia regionu Azərbaycan icma rəhbəri Saleh Sabili, həmçinin könüllülər Cavid Kərimov, Şamil Ağayev və Əli Zeynallıya məxsusdur.
Gənclərimiz bayram tonqalı ətrafında yallı gedərək rəqs ediblər. Əsil bayram əhval-ruhiyyəsində olan gənclərimiz mahnılar dinləyib, bir-birlərini və xalqımızı təbrik ediblər.
“Krakov azərbaycanlıları olaraq, Novruz bayramı münasibətilə hər kəsi təbrik edir və gələcək Novruz ilində bol uğurlar arzu edirik.
Bayram tədbirinə qoşulan Krakovun bütün azərbaycanlı gənclərinə xüsusi minnətdarlıq bildiririk”,-deyə təşkilatçılar bildiriblər.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki