image-2000x150
image-313408785_5795727823822772_8221825471861831542_nbackend

Polşadakı həmvətənlərimiz arasında bilik yarışması keçiriləcək

image-768x150

Polşada ASAP (Azerbaijan Student Alumni Platform ) və PAŞ (Polşa Azərbaycanlıları Şurasının) birgə layihəsi olan “Knowledge Exchange” çərçivəsində “Nə? Harada? Nə Zaman?” bilik yarışması keçiriləcək. Bu haqda Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli “sabahinfo.az”a məlumat verib.

“Öz biliyinizə güvənirsinizsə komandanızı yığıb oyuna qatılmağa hazır olun.

Nəzərinizə çatdırım ki, oyunlar aşağıda qeyd olunan şəhərlərdə keçirilməsi nəzərdə tutulub: Varşava, Krakov, Poznan, Gdansk və Vrosłav.

Final oyunu isə Varşava da keçiriləcəkdir, hər şəhərdən bir komanda finala vəsiqə qazanacaqdır. Qalıb komanda mən tərəfindən 1000 PLN dəyərində pul mükafatı və Energylandia əyləncə mərkəzinə bir günlük limitsiz hədiyyə kartı əldə edəcəkdir.

Nəzərinizə çatdırım ki, əsas məqsəd digər şəhərlərdə yaşayan həmvətənlərimiz arasında şəbəkələşmənin təmin edilməsidir”-deyə Fərid Cəfəli bildirib.

Xatırladaq ki, artıq bilik yarışmasının qeydiyyatına start verilib. Qeydiyyat üçün aşağıdakı anketi doldurmağınız kifayətdir:

https://forms.gle/NaDSnpSLXCqRABTG6

 

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki