image-2000x150
image-img-20220315-wa0131backend

Polşadakı könüllülərimiz: “Azərbaycana olan vətəndaş borcumuzu yerinə yetiririk”

image-768x150

Ukrayna sərhəddindən Polşa Respublikasına keçən soydaşlarımızın təxliyə işinə könüllü gənclərimiz də dəstək göstərirlər. Bir neçə qruplarda birləşən gənclərimiz gecələrini gündüzlərinə qataraq Ukraynadan Polşaya təxliyə olunan soydaşlarımıza əllərindən gələn köməklikləri edirlər. Məlumat üçün bildirək ki, Polşanın Krakov şəhərində, Malopolski və Silesia regionlarında Azərbaycan icma rəhbərləri Hüseyn Salehov və Saleh Sabili, həmçinin Yasin Həsənov, Əli Zeynallı könüllü koordinasiya yaradaraq, Ukraynadan Polşaya keçən soydaşlarımıza heç bir maddiyyat tələbi olmadan, Polşa dövlətinin qanunları ilə yerləşdirilmə və qarşılama xidmətləri həyata keçirmişdir.

Krakovda Azərbaycan icma rəhbəri Hüseyn Salehov bu gənclər adından “Diaspornews.az”a bildirib ki, könüllülük qruplarına daha sonra bir çox soydaşımız, xüsusən də tələbələr qoşularaq günün müəyyən saatlarında onlara qonaqlama və insanlara bələdçilik etməkdə yardım etmişdir: “Qeyd etmək istərdim ki, Polşa Respublikasında yeganə azərbaycanlı könüllü koordinasiya qrupunun təşkili və idarəsi bizə məxsusdur. Heç bir dövlət qurumuna müraciət etmədən könüllü fəaliyyət göstərərək, Azərbaycan Respublikasına olan vətəndaş borcumuzu yerinə yetirmişik. Bu günə qədər 250-dən çox soydaşımız bizim tərəfimizdən qarşılanmış və Krakov şəhərində Polşa dövlətinin yardım qeydiyyat məntəqələri vasitəsilə üç və dörd ulduzlu otellərə, villalara yerləşdirilmişdir. İnsanlara yemək və çay üçün gün ərzində Rufan Səfərovun sahibi olduğu Grill Yard restoranında xidmət göstərilmişdir. Bu gün gördüyümüz bu işlər bizim dövlətimizə, dövlətçiliyimizə, millətimizə olan vətəndaş borcumuzdur. Hal-hazırda Krakov şəhərinə gələcək olan soydaşlarımıza da eyni şəkildə xidmət göstərməyə davam edəcəyik. Biz birlikdə güclüyük”.

https://youtube.com/shorts/sWI_ffoGCLk?feature=share

image-img-20220315-wa0125

image-img-20220315-wa0132

image-img-20220315-wa0128

image-img-20220315-wa0126

image-img-20220315-wa0130

image-img-20220315-wa0124

image-img-20220315-wa0149

image-img-20220315-wa0146

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki