image-2000x150
image-img-20240116-wa0059backend

Polşadakı soydaşlarımız etiraz aksiyası keçiriblər

image-768x150

2024-cü il 16 yanvar tarixində Polşanın paytaxtı Varşava şəhərində “Polityka” media şirkətinin ofisi qarşısında soydaşlarımız etiraz aksiyası keçiriblər. Polşa Azərbaycanlıları Şurası tərəfindən təşkil olunan icazəli aksiyada “Polityka” jurnalının müxbiri Konstanty Gebertin II Qarabağ müharibəsi və Azərbaycanın tarixi Qələbəsi ilə bağlı təxribat və böhtan xarakterli məqalələr yayımlamasına etiraz bildirilmişdir.

Xatırladaq ki, Konstanty Gebert “Polityka” jurnalında yayımlanan məqalədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Xankəndi və digər şəhər küçələrinə Osmanlı İmperiyasının rütbəli generallarının adlarını vermişdir. Aksiyada bu kimi xəbərlərin əsassız və yalan olduğu bildirilmişdir. Eyni zamanda Azərbaycan diasporunun “Polityka” jurnalında bu cür saxta və erməni diasporunun təsiri altında yayımlanmış xəbərləri izlədiyi və növbəti dəfə bu cür məqalələri yayımlamazdan əvvəl daha dəqiq araşdırma aparmalı olduqları xatırlanmışdır.
Polşa Azərbaycanlıları Şurasının idarə heyəti üzvü Şamo Qubadov jurnalın baş redaktoruna təhvil verilməsi üçün etiraz bəyanatını “Polityka” media şirkətinin ofisinə təqdim etmiş və şuranın digər üzvü Tuncay Novruzzadə ilə birlikdə ingilis dilində jurnalistləri obyektiv, tərəfsiz və qərəzsiz olmağa çağıran şüarlar səsləndirmişdir. Həmçinin aksiyanın digər iştirakçıları ingilis dilində olan şüarlarla birlikdə plakatlar qaldırmış ümumi etirazlarını bildirmişlər.
Qeyd edək ki, aksiya icazəli şəkildə keçirilmiş və təhlükəsizlik Polşa polisi tərəfindən yüksək səviyyədə təmin edilmişdir.

image-img-20240116-wa0058 image-img-20240116-wa0056 image-img-20240116-wa0057

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki