image-2000x150
image-img_20220212_102021backend

Polşadakı tələbələrimiz üçün təlimlər keçiriləcək

image-768x150

Polşa Azərbaycanlıları Şurasının dəstəyi ilə həmyerlimiz Elçin Eyvazov tərəfindən tələbələrimiz üçün təlimlər keçiriləcək.

Bu haqda “Diaspornews.az”a Polşa Azərbaycanlıları Şurasından məlumat verilib.
Xatırladaq ki, Elçin Eyvazov “Loreal” şirkətində çalışır. Maliyyə və mühasibatlıq sahəsində 12 illik, təlimçilik sahəsində isə 5 illik iş təcrübəsinə malikdir.
Elçin Eyvazov öz müraciətində bildirib ki, bir çox tələbənin Polşaya gəldikdən sonra professional sahədə iş tapması bir qədər çətin olur: “Buna səbəb kimi bəzən CV-nin düzgün hazırlanmaması, bəzən iş müsahibələrində sualların düzgün cavablandırılmaması və ya müraciət etdiyi sahə üzrə yetərli bilgilərinin olmaması və digər səbəblər ola bilir.
Bütün bunları fikirləşərək öz təcrübəmə əsaslanaraq Polşada yaşayan və maliyyə/ mühasibatlıq sahəsində karyerasını qurmaq istəyən azərbaycanlı tələbələri xüsusi olaraq hazırladığım ödənişli təlimə dəvət edirəm. Siz ilk öncə bir saatlıq ödənişsiz seminarda iştirak etməklə təlimin bütün mərhələləri barədə ətraflı məlumat alacaqsınız.
Namizədə qarşı tələblər:
-İngilis dili minimum B2 (müsahibədə sualları cavablandırmaq üçün)
-Öyrənmək həvəsli olması”
Qeyd edək ki, təlimlər həm Varşava Azərbaycan Evində, həm də online qaydada keçiriləcək. Online təlim başqa şəhərlərdən də soydaşlarımızın qoşula bilməsi üçündür. Təlimin ödənişi və təlim haqqında ətraflı məlumat ilk ödənişsiz seminarda veriləcək. İştirak etmək istəyən şəxslər mesaj bölməsində ad, soyad və əlaqə nömrəsini qeyd etməlidirlər.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki