Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində dövlətimizin başçısı İlham Əliyevin qazandığı inamlı qələbə ölkədə və xaricdə boyük coşqu ilə qarşılanıb. Səsvermənin nəticələri elan olunduqdan sonra paytaxt Bakıda və regionlarda insanlar böyük sevinclə bayram ediblər. Həmçinin xarici ölklərdə də diaspor üzvləri öz sevinclərini müxtəlif tədbirlər keçirməklə bildiriblər. Belə ki, bu münasibətlə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Küveytdə avtoyürüş keçirilib. Bu haqda “Diaspornews.az”a “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə məlumat verib.
Azərbaycanın Dövlət Bayrağına bürünmüş maşınlar milli və vətənpərvərlik musiqilərinin sədaları altında Küveytin mərkəzi meydan və küçələrində hərəkət ediblər. Avtoyürüş Küveyt əhalisinin geniş diqqətini çəkib.
Sonda avtoyürüş Azərbaycanın Küveytdəki səfirliyində tamamlanıb.