image-2000x150
image-img-20220820-wa0022backend

Pyatiqorskda Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

image-768x150

Avqustun 20-də Rusiya Federasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərində Rusiya və Azərbaycan arasındakı diplomatik münasibətlərin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 “Diaspornews.az xəbər verir ki, tədbir “Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov tərəfindən təşkil edilib.
Tədbirdə Arxangelsk vilayətinin Azərbaycan diasporu regional ictimai təşkilatının idarə heyətinin sədri Tərlan Qasımov, Orenburq Azərbaycanlılarının Milli Konqresinin sədri İlkin Kərimov, Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının sədri Əli Kazımov, “Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədr müavini Cavanşir İsmayılov, idarə heyyətinin üzvləri, eləcə də təşkilatın Kislavodsk şəhəri üzrə sədri Asif Musayev, Kislavodsk şəhərinin diaspor fəalları, Mineralnıye Vodı şəhəri üzrə cəmiyyət sədri Eldar Babayev, Qeorqevsk şəhəri üzrə sədri Elmuraz Əliyev, Qaraçay-Çərkəz Respublikasında Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Haqverdi Məmmədov və digər qonaqlar iştirak ediblər.

Tədbir öncə ulu öndər Heydər Əliyevin S.M.Kirov adına sanatoriyadakı xatirə lövhəsi qarşısına gülqoyma mərasimi ilə başlayıb. Mərasimdə qonaqlar ulu öndərin həyat və fəaliyyəti ilə bağlı çıxışlar ediblər.
Sonra dəyirmi masa ətrafında müzakirələr aparılıb. Əsasən Azərbaycan və Rusiya arasındakı əlaqələrin inkişafında Azərbacan diaspor təşkilatlarının rolu, birgə fəaliyyətlərlə bağlı perspektiv planlardan danışılıb.

image-img-20220820-wa0021image-img-20220820-wa0025

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki