image-2000x150
image-fb_img_1674284829037backend

Pyatiqorsk şəhərində 20 Yanvar şəhidləri yad edilib

image-768x150

Ötən gün Rusiya Federasiyasının Pyatiqorsk şəhərində Azərbaycan milli – mədəni muxtariyyatı “Araz”ın təşkilatçılığı ilə 20 Yanvar şəhidləri yad edilib. Anım tədbiri bir dəqiqəlik sükutla başlayıb. “Araz” tərəfindən 20 Yanvar hadisələrini əks etdirən foto stend qurulub. İlk öncə Cəmiyyətin sədri Təhmasib Zeynalov çıxış edib. Sonra Cəmiyyətiin müavinləri Mübariz Osmanov və Cavanşir İsmayılov çıxış ediblər. Gənclər şöbəsinin sədri Araz Məhərovda öz çıxışında bu yolda gənclərin rolundan danışıb. Şəhid qardaşı Alışov Ələddində öz qardaşı haqqında bilgilər verib. Əli Allahverdiyev şəhidlik məqamının ucalığından və bu barədə Qurani Kərimdəki ayəni məclis iştirakçılarına çatdırıb. Telman Mustafayev yaşanan hadisələrin tarixindən, İlqar Həşimov isə bütün bu hadisələrə sahib çıxmağımızı tövsiyə edib. Təhmasib Zeynalov bütün bu hadisələrin iştirakçısı kimi gördüklərini tədbir iştirakçıları ilə paylaşıb. Sonda 20 Yanvar hadisələri ilə əlaqəli videoçarxa baxılıb.

image-fb_img_1674284866807image-fb_img_1674284845989image-fb_img_1674284855041

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki