Martın 20-də Rusiya Federasiyasıının Pyatiqorsk şəhərində Novruz bayramı qeyd edilib. “Diaspornews.az” xəbər verir ki, bayram tədbiri Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşəbbüsü ilə M. Qorki adına mərkəzi kitabxanasında keçirilib. İki hissədən ibarət olan tədbirin birinci hissəsi kitabxanın foyesində təşkil edilib. Burada qonaqlara Novruzun adət və ənənələrindən danışılıb, şirniyatlar, eləcə də milli xalçalarımız və bir çox atributlarımız nümayiş etdirilib. Həmçinin şəkərbura, qoğal və paxlavanın hazırlanması haqqında master klass da göstərilib.
İkinci hissə isə kitabxananın böyük zalında keçirilib. “Xarı Bülbüllər” ansanbılının üzvləri rəqs ediblər.
Bayram tədbinin açılışını “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov edib. Sonra fəxri qonaq Pyatiqorsk şəhər dumasının sədri Poxilko Lyudmilaya söz verib. O, hər kəsi salamlayaraq Novruz bayramı münasibəti ilə təbrik edib və ardınca uşaqlara bayram hədiyyələrini təqdim edib.
Daha sonra qonaqlardan RF Dağıstan Respulikasından AMMM-nin Mahaçqala şəhəri üzrə sədri Rakif Əzizov, RF Çeçenistan Respublikası cəmiyyət sədri Əliəskər Əzizov, RF İnquşetiya Respublikası cəmiyyət sədri Rəhmətullah Babayev, RF Qaraçay-Çərkəz Respublikasının Çərkəz şəhəri üzrə sədri Hakverdi Məmmədov və Mineralnı vodı şəhərinin AMMM-nin rəhbəri Eldar Babayev cıxış ediblər.
“Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov deyib ki, uşaqlar çox maraqlı və rəngarəng Novruz bayramını bütün gözəllikləri ilə ifa etdilər: “Çalışdıq ki, Novruz bayramına aid bütün adət-ənənələri nümayiş etdirək. Bayram təbirində “Qoğalın nağılı”, “Arşın mal alan” əsərindən Vəli və Tellinin dueti, Kosa və Keçəlin duetləri, çoxlu bayatılar, rəqslər, mahnılar, papaqatdı və bir çox dəyərləri yaşada bildik. Qonaqların hamısının çox xoşuna gəldi”.
Sonda kollektiv şəkil çəkilib. Bayram mərasimi “Qrant Kafaz” restoranında davam edib.
Fuad Hüseynzadə
Diaspornews.az