image-2000x150
image-20220916061516_10backend

Pyatiqorsk şəhərindəki diasporumuz Ermənistanın növbəti təxribatına etiraz edib

image-768x150

Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edib. 

“Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalovun imzası ilə yayılan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdikləri təcavüz barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Pyatiqrosk şəhərində yaşayan Azərbaycan icmasının beynəlxalq qanun normalarına məhəl qoymayan Ermənistanın növbəti təxribatı nəticəsində yaranmış duruma görə hiddətləndiyi və dərin narahatlıq hissi keçirdiyi, Rusiyanın ali siyasi rəhbərliyinin və ictimaiyyətinin də marağında olduğu normallaşma və sülh prosesinə rəsmi İrəvanın hər vəchlə mane olmağa çalışdığı nəzərə çatdırılıb.

“Araz” cəmiyyəti beynəlxalq birliyi Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində səylərini artırmağa və əməli addımlar atmağa çağırıb.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki