image-2000x150
image-337418854_524763706400317_7875626437481950535_nbackend

Pyatiqorsk şəhərindəki soydaşlarımız Novruz bayramını qeyd ediblər

image-768x150

Martın 20-də Rusiyanın Stavropol vilayətinin Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşəbbüsü ilə Novruz bayramı qeyd edilib. “Diaspornews.az” xəbər verir ki, Pyatiqorsk şəhərində keçirilən tədbirdə 100-ə yaxın soydaşımız iştirak ediblər. Açılış şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməklə olub.

“Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Təhmasib Zeynalov Novruz bayramının tarixindən və əhəmiyyətindən danışıb. Təşkilatın gənclər şöbəsinin rəhbəri Araz Məhərov həmyerlilərimizi bayram münasibəti ilə təbrik edib.

Diaspor üzvü Mübariz Osmanov çıxışında YUNESKO və BMT nin Novruz bayramını qəbul etdiyini bildirib. Pyatiqorsk şəhəri gənclər parlamentinin deputatı Elçin Cənnətovda həmyerlilimizi bayram münasibəti ilə təbrik edib.

“Araz”ın Qadınlar şöbəsinin fəaliyyəti başda şöbənin sədri Zeynalova Sünbül olmaqla yüksək qiymətləndirilib. Qeyd olunub ki, Novruz tədbirinin təşkil olunması əsasən qadınlar şöbəsindən Nuranə Cəfərova və “Yanar dağ” ansanblının rəhbəri Elmira Cəfərovanın böyük rolu olub.

Sonra uşaqlar üçün Novruz bayramına aid əyləncəli yarışmalar keçirilib. Çoxlu milli rəqs nömrələri ifa olunub.

image-337238332_966764004483861_1476951383738732750_n

image-337363495_601730601857949_4797318197637319113_n

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki