image-2000x150
image-fb_img_1643780120153backend

“QALA” Yunanıstan-Azərbaycan dostluq cəmiyyəti gəncləri təbrik edib

image-768x150

“QALA” Yunanıstan-Azərbaycan dostluq cəmiyyətinin sədri Rəşid Məmmədov 2 Fevral Gənclər Günü münasibəti ilə Azərbaycan gənclərini təbrik edib.

“Diaspornews.az” xəbər verir ki, Rəşid Məmmədovun təbrikində bildirilib: “Ulu Öndər Heydər Əliyevin 1996-ci ildə sərəncamı ilə “2 Fevral Azərbaycanda Gənclər Günü” elan edilməsi Azərbaycan dövlətinin gənclərə etimadının, diqqətinin və dəstəyinin bariz nümunəsidir. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Gənc nəslin düzgün yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələlərdəndir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin qarantıdır. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.

Əziz Gənclər! “QALA” Yunanıstan-Azərbaycan dostluq cəmiyyəti olaraq, sizə möhkəm can sağlığı və bütün fəaliyyətlərinizdə uğurlar arzulayırıq. Torpaq uğrunda şəhid olan gənclərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik”.

image-fb_img_1643780125962

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki