image-2000x150
image-img_20230121_204950backend

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində Qanlı Yanvar şəhidlərinin anım tədbiri keçirilib

image-768x150

Azərbaycan xalqı tarixən çox sayda ağır faciələrlə üzləşib, hədsiz amansızlıqlarla qarşılaşıb. Dəhşətli itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi də xalqımıza qarşı törədilmiş vəhşi terror aktıdır.
20 yanvar 2023-cü il tarixində xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində Qanlı Yanvar faciəsinin anım günü tədbiri keçirildi.
Cəmiyyətin sədri cənab Rəşid Məmmədov 20 Yanvar hadisələri barədə geniş məlumat verərək, həmin gecənin Azərbaycan xalqının tarixində təkcə faciə deyil, həm də azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi, milli azadlığın oyanış günü həkk olunduğunu vurğuladı.

Tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı Yunanıstanda yaşayan digər millətlərin nümayəndələri və yunanlar da iştirak etdi.

Görüş çərçivəsində 20 Yanvar hadisələrini ehtiva edən sənədli film nümayiş olundu və ehsan süfrəsi ətrafında müzakirələr aparıldı.

Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

image-img-20230121-wa0034

image-img-20230121-wa0033

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki