image-2000x150
image-img_20220218_170226backend

Qaradağlı faciəsi Avropa ölkələrinin mediasının gündəmində

image-768x150

Monteneqronun “Skalaradio.com” və Bosniya və Herseqovinanın “Dijasporabih.com” saytlarında “Qaradağlı faciəsi” sərlövhəli məqalə dərc olunub. “Diaspornews.az” xəbər verir ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

Məqalədə Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Qaradağlı kəndinin sakinlərinin ən çox faciələr yaşayan kəndlərdən biri olduğu qeyd olunur: “Qaradağlı faciəsi Xocalı soyqrmından təxminən 10 gün əvvəl baş verib. Ona görə də bu faciəni “İkinci Xocalı soyqırımı” da adlandırırlar”.
Yazıda 1992-ci il fevral ayının 14-dən başlayaraq erməni quldurlarının xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdikləri bildirilir: “Beləliklə, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. Xocavənd Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, işğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb”.

Məqalədə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun, həmçinin Qaradağlı faciəsinin şahidləri Şamxal Şirinov və Turab Hüseynovun fikirləri əsasında ermənilərin vandalizm əməlləri ifşa olunur.
Yazıda Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirildiyi, Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldıldığı vurğulanır. “Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi də işğadan azad olunub”,- deyə məqalədə qeyd olunur.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://skalaradio.com/garadagli-tragedija/

https://dijasporabih.com/garadagli-tragedija/

image-img_20220218_170338

image-img_20220218_170307

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki