image-2000x150
image-7876886325441335643backend

“Qayıdışın mübarək“ rəqəmsal platformalarda yayılır… – Video

image-768x150

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun dəstəyi ilə ərsəyə gələn “Qayıdışın mübarək” adlı mahnı noyabrın 24-ü saat 15:00-dan etibarən bütün rəqəmsal platformalarda yayılmağa başlayıb.

Xəzərnews.az verir ki, Əməkdar artist Lalə Məmmədovanın ifasında səslənən mahnı Vətən müharibəsindəki Qələbəmizə həsr olunub.

Mahnının sözləri şairə Nigar Həsənzadəyə, musiqisi Xanım İsmayılqızına, aranjiman Mahir Ordubadiyə aiddir.

Mahnının sözlərini rus dilindən Azərbaycan dilinə şair Salam Sarvan tərcümə edib.

Qeyd edək ki, mahnı ilk dəfə noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü ilə şairə Nigar Həsənzadənin müəllifi olduğu “İgidlərin Sözü” layihəsi çərçivəsində Böyük Qələbənin üçüncü ildönümünə həsr olunmuş “Qayıdışın mübarək” adlı musiqili gecədə səsləndirilib.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki