image-2000x150
image-17639799133955639239_1200x630backend

Qazaxıstan təmsilçisi: QHT-lərin əməkdaşlığı regionda vətəndaş cəmiyyətinin güclənməsi üçün böyük önəm daşıyır

image-768x150

Azərbaycan-Qazaxıstan QHT-lərinin əməkdaşlığı regionda vətəndaş cəmiyyətinin güclənməsi üçün böyük önəm daşıyır. Bu forum sayəsində biz təcrübə və bilik mübadiləsi edə, birgə layihələr həyata keçirə bilərik. QHT-lər müxtəlif sahələrdə birgə fəaliyyət göstərməklə cəmiyyətə daha çox fayda verə bilərlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın “Community HUB” İctimai Fondunun direktoru Assiya Tikeyeva TDT QHT-lərinin həmrəylik forumu çərçivəsində keçirilən “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”na həsr olunan paneldə söyləyib.

O bildirib ki, forum həm Azərbaycan, həm də Qazaxıstan QHT-lərinin yeni təşəbbüsləri üçün ilham olacaq.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki