image-2000x150
image-332687537_870338817359395_5377248494239551993_nbackend

Qəhrəman babaların nəvələri

image-768x150

Diaspor siyasətində yerli cəmiyyətə inteqrasiya olunmaq ən önəmli addımdır. Lakin bu fəaliyyət hər bir regionun özünəməxsus xüsusiyyətləri nəzərə alındıqda, yerli cəmiyyətin istək və maraqlarına uyğun şəkildə həyata keçirildikdə effektiv nəticə verir. Bu baxımdan peşəkar diaspor işi ilə məşğul olanlar öz fəaliyyət istiqamətlərini konkretləşdirdikdə və strateji hədəflərini müəyyənləşdirdikdə istənilən nəticə əldə edirlər. Buna görə də bu sahədə çalışanların hər biri öz profilini bilməli və davamlı fəaliyyət istiqamətinə görə işini qurmalıdırlar. Məlumdur ki, Rusiya həyatında Böyük Vətən Müharibəsi çox böyük iz buraxıb. Və bu müharibənin iştirakçılarına, xüsusən qəhrəmanlarına orada xüsusi sayğı göstərilir. Hətta həyatda olanların sayları azaldıqca bir növ onlara daha çox müqəddəs insan kimi baxırlar. Müharibədə əldə edilən qələbədə Azərbaycanın və azərbaycanlıların da payı var deyə, bu istiqamətdə Rusiyada təbliğat və tanıtım aparmaq mühüm əhəmiyyət kəsb edir. Əsasən bu müharibənin qəhrəmanlarnın adı ilə yola çıxıb daha effektiv işlər görmək olar. Onların həyatı, göstərdikləri qəhrəmanlıqlar, ümumiyyətlə, döyüş yolu rus xalqının marağındadır. Hətta indiki günlərdə Rusiyada gənclər arasında milliyyətindən asılı olmayaraq qəhrəmanların təbliğinə çox böyük ehtiyac var. Bugünlərdə Moskvada qvardiya generalı Həzi Aslanovun adına veteran təşkilatıın təsis edilməsi həm yerli hökumət, həm də milli diaspor tərəfindən təqdir olunur. “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” adlı veteran təşkilatının yaradılmasının təşəbbüskarı hər iki babası müharibə veteranı, qardaşı Birinci Qarabağ müharibəsi şəhidi olan, Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımovdur. Onun kimi uzun müddətdir Rusiyada Azərbaycanın qəhrəmanlarının təbliği istiqamətində fəaliyyət göstərən, doğmaları Sovet İtifaqı Qəhrəmanı və Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı, ümumiyyətlə, müharibə veteranı olan saysız diaspor liderləri var.

Azərbaycan xalqı hər zaman öz qəhrəmanları ilə fəxr edir. 44 günlük Vətən müharibəsinin qəhrəmanları da elə Həzi Aslanovların, Mehdi Hüseynzadələrin, İsrafil Məmmədovların və digər yüzlərlə bu kimi mübariz həmvətənlərimizin nəvə-nəticələridir. Çox böyük strateji hədəfləri olan təşkilatın Moskva Müharibə Veteranları Komitəsinə üz olması isə Rusiyada ən üst səviyyədə Azərbaycan adına tədbirlərin keçirilməsi, qəhrəman Vətən övladlarının tanıtımı üçün geniş imkanlar yaradacaq. Bu da Azərbaycan diasporunun Rusiyada yeni imicinin formalaşmasına, nüfuzunun yerli xalq arasında daha da artmasına əhəmiyyətli dərəcədə təsir edəcək.

 

Fuad Hüseynzadə

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

 

 

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki