image-2000x150
image-b8c6b79f-b3a8-463c-8ac9-5d2fae3b5f01backend

Qərbi Azərbaycan İcmasının Niderlandda nümayəndəliyi təsis edilib

image-768x150

Milli Məclisin deputatı Əziz Ələkbərlinin sədrlik etdiyi Qərbi Azərbaycan İcmasının Niderland Krallığının Haaqa şəhərində, Azərbaycan Dillər Universitetinin dosenti və Qərbi Azərbaycan İcmasının Beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyevanın rəhbərliyi ilə İcman nümayəndəliyinin ilk təsis iclası baş tutub. Bu haqda “Diaspornews.az”a Benilüks Azərbaycanlıları Konqresinin Mətbuat xidmətindən məlumat verilib.
Haaqada yerləşən Niderland Türk Azərbaycan Kültür Dərnəyində baş tutan iclasda Həqiqət Hacıyeva İcmanın məqsəd və məramından söz açdıqdan sonra, nümayədəlik öz idarə heyətini təyin edib.
İcmanın Niderland Krallığındakı nümayəndəliyinin təmsilçisi Sima Cəfərova seçildi. Sima Cəfərova eyni zamanda, Benilüks Azərbaycanlıları Konqresinin vitse-presidentidir.
İcma nümayəndəliyinin sədr müavini Bənövşə Əzizova, qurumun mətbuat katibi isə Benilüks Azərbaycanlıları Konqresinin mətbuat katibi Gülnarə Əliyeva seçilib.
Çıxış edən idarə heyəti, onlara göstərilən etimada görə Həqiqət Haclıyevaya öz təşəkkürlərini bildirərək gələcək işlərə dair fikir mübadiləsi və təkliflər ediblər. İdarə heyətinə seçilmiş Bənövşə Əzizovanın irəli sürdüyü təklif, yəni İcmanın Avropada fəaliyyətə başlayacaq nümayəndəliklərinin mərkəzi məhz Niderland Krallığında olması qərara alınıb.
Sonda Həqiqət Hacıyeva tərəfindən yeni seçilmiş nümayəndəliyin təmsilçisi Sima Cəfərovaya Qərbi Azərbaycan İcması adından hədiyyə  təqdim edilib.
Beləliklə, təsis iclası öz işini yekunlaşdırıb.

image-a80975a2-895d-4c4b-8667-a89450fa8e9f

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki