image-2000x150
image-img_20220213_193443backend

Qırğızıstan prezidenti soydaşımızı təltif edib

image-768x150

Qırğızıstan prezidenti Sadır Japarov ölkənin sosial-iqtisadi, intellektual və mədəni potensialının inkişafında mühüm xidmətləri olan, habelə peşə fəaliyyətində yüksək nəticələr əldə edən vətəndaşlara dövlət mükafatlarını təqdim edib.

“Diaspornews.az” xəbər verir ki, “Əməkdar mədəniyyət xadimi” fəxri adına layiq görülənlər arasında Almatı və Bişkek Mərkəzli “Türkel” Media Qrupunun rəhbəri, Qırğızıstanın “Piramida” Dövlət televiziya kanalında efirə gedən həftəlik “Dostluq körpüsü” verilişinin müəllifi və aparıcısı Hökumə Xəlilova da var. Dövlət başçısı bununla bağlı döş nişanı və vəsiqəni H.Xəlilovaya təqdim edib.

H.Xəlilova ölkənin ictimai-siyasi və mədəni həyatındakı xidmətlərinə görə bu mükafata layiq görülüb.

Prezident dövlət mükafatına və fəxri ada layiq görülənləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bundan öncə isə Hökümə Xəlilova TÜRKSOY mükafatına, Qazaxıstan Prezidentinin Fərmanı ilə xalqlar arasında dostluq, birlik və həmrəylik fəaliyyətləri üçün medala, Fəxri Fərmana, Özbəkistan H.Əliyev Mədəniyyət Mərkəzinin elan etdiyi «Azərbaycan-Özbəkistan Dostluq əlaqələrini təbliğ edən ilin ən fəal mədəniyyət və elm xadimi» nominasiyasının qalibi kimi Fəxri Diploma layiq görülüb.
image-2e8c0bc3-55be-47bd-845b-3463b2a81c63
image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki