image-2000x150
image-received_1221530378379156backend

Qırğızıstanın Dövlət Piramida telekanalı Azərbaycanda təmsilçilik ofisi açmaq niyyətindədir

image-768x150

Bu yaxında Qırğızıstanın Dövlət Piramida telekanalı Azərbaycanda təmsilçilik ofisi açmaq niyyətindədir. Bununla bağlı telekanalın baş direktoru Dooronçek Adaxanov Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovla görüşüb.

Diaspornews.az” “Golden bridge news”a istinadən xəbər verir ki, görüşdə televiziya sahəsində təcrübə mübadiləsi, yeni birgə televiziya layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Səfir ilk öncə Piramida Media Holdinqin 30 illik yubileyi münasibətilə D.Adaxanovu təbrik edərək ona Azərbaycan səfirliyi adından təbrik məktubunu təqdim edib.

Lətif Qəndilov deyib ki, Piramida telekanalının Bakı şəhəri mərkəz olmaqla Azərbaycan, Türkiyə, Gürcüstan və Cənubi Qafqazda təmsilçiliyinin yaxın aylarda fəaliyyətə başlayacağı xəbəri məni çox sevindirdi. Azərbaycanla Qırğızıstan arasında mədəni-iqtisadi, sosial-siyasi əlaqələrin daha da genişləndiriləcəyinə ümidvaram. Telekanalınızdakı soydaşlarımız Hökümə Xəlilova və Ramiz Məşədihəsənlinin müəllifi və aparıcısı olduğu “Dostluq körpüsü” verilişində Azərbaycanın 44 gün ərzində əzəli torpaqlarının işğaldan azad olunması süjeti, Azərbaycan haqqında efirə gedən verilişlər, tanıtım reportajları üçün Sizə təşəkkürümü bildirirəm.

Səfir həmçinin vurğulamışdır ki, Piramida beynəlxalq səviyyədə media sahəsində səmərəli fəaliyyət göstərirdiyini efirinizdəki rəngarəng verilişlərdən görmək olur. Qəndilov telekanalın Orta Asiya Respublikalarında, Türkiyədə, Gürcüstanda və Cənubi Qafqazda tanındığını xüsusi vurğulayıb. Məhz buna görə də o, Azərbaycanda “Piramida” təmsilçiliyi ofisinin açılmasına məmnuniyyətlə dəstək olacağını bildirib. O, iki ölkə arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə kanalın kollektivinə təşəkkür edib.

Piramida Media Holdinqin rəhbəri Dooronbek Adaxanov səfir Lətif Qəndilova telekanalı ziyarət edərək gənc kollektivin 30 illik yubileyini təbrik etdiyi üçün təşəkkürünü bildirib və Azərbaycan və digər qardaş, dost ölkələrlə informasiya mübadiləsini daha da genişləndirəcəyini deyib.

Adaxanov, eyni zamanda Azərbaycan telekanalları ilə ikili işbirliyinə dair anlaşma imzalayacaqlarını da sözlərinə əlavə edib.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov sonda Piramida telekanalına qısaca müsahibə verərək efir vasitəsilə də ürək sözlərini çatdırıb.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki