image-2000x150
image-img-20231214-wa0058backend

Rəşid Behbudovun anadan olmasının 108 illiyi təntənəli qeyd edilib

image-768x150

Konsert proqramından öncə filarmoniyanın foyesində Rəşid Behbudovun mahnılarından ibarət musiqilər səsləndirilib.
Gecədə Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblı və Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Əməkdar artistlər Anar Şuşalı, Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, gənc ifaçılar Şaban Cəfərov, Tural Abdullayev, Rüstəm Cəfərov, Əli Məmmədov, Vasif Bayramov tərəfindən səsləndirilən Rəşid Behbudovun ifalarından ibarət mahnnılar gurultulu alqışlarla qarşılanıb. Həmçinin filarmoniyanın rəqqas və balet artistləri Aygün Məsimova, Mehriban Məmmədova, Fəridə Mustafayeva, Aytəkin Kərimli, Elçin Bənicəlali tərəfindən nümayiş etdirilən teatrlaşdırılmış rəqs nömrələri tamaşaçıların böyük marağına səbəb olub.
Konsertdə Gəncə şəhərinin rəsmiləri, ziyalıları, mədəniyyət, incəsənət xadimləri və görkəmli müğənninin parlaq sənətinin vurğunları iştirak ediblər. Tədbirin iştirakçılarından olan Moskvadakı diaspor fəalı Namiq Qurbanov öz təəssüratlarını saytımıza bölüşüb: “Vətən ikən bu yubileydə iştirak etməkdən çox məmnun oldum. Tədbir yüksək səviyyədə təşkil edilmişdi. Bu, xalqımızın Rəşid Behbudov sənətinə verdiyi dəyər və qiymətin bariz nümunəsidir”.

      

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki