Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə, Niderland Krallığının Rotterdam şəhərində yerləşən QARABAĞ idman klubunda 5-10 və 11-15 yaş qrupu arası iştirakçıların şahmat turniri keçirilmişdir.
Şahmat turniri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutmuşdur.
Şahmat turnirinin iştirakçıları bu ölkədə yaşayan soydaşlarımız, türk və digər icmaların nümayəndələri idilər.
Qonaqları salamlayan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov turnirin nə dərəcə önəmli olduğunu və keçirilmə aspektini vurğuladı.
Uşaqların böyük həvəs göstərdiyi turnir 4 saat davam edərək yüksək nəticələrlə sonuclandı.
Beləki, 5-10 yaş arası qaliblər: 1 ci yer: Jəfər Jəfərov, 2 ci yer:
Ömər Emir Adsalmıs, 3 cü isə
Əmir Əlakbərov oldular.
11-15 yaş arası qaliblər isə Mehmet Eren Tunçer: 1 yer,
Məleykə Məmmədova: 2 yer,
Huseyin Bulaca isə 3 cü yeri qazandılar. .
Qaıiblər medal, kubok və hədiyyələrlə təltifləndilər.
Qalibləri təbrik edən BAK sədri E. Məmmədov və qonaqlar belə turnirin çox önəmli olub soydaşlarımızın və Niderland Krallığında yaşayan digər icma üzvlərinin bir araya gəlməsinin və gələcəkdə belə turnirlərin keçirilməsinin ənənə halına dönməsi çox önəmli olduğunu vurguladı.
BAK mətbuat xidməti