image-2000x150
image-img-20220520-wa0025backend

Rusiya Dövlət Dumasında keçirilən mərasimdə soydaşlarımız da iştirak edib

image-768x150

Mayın 20-də Rusiya Dövlət Dumasının Kiçik zalında “Uşaq və Gənclərin İnnovativ İnkişaf Mərkəzi”nin təşkil etdiyi “Vətən haqqında dünyaya danış” IV Beynəlxalq müsabiqəsinin laureatlarının təntənəli mükafatlandırılması mərasimi keçirilib.

“Diaspornews.az” xəbər verir ki, müsabiqə gənc nəslin vətənpərvərlik tərbiyəsi, xalq diplomatiyasının inkişafı, uşaqların və yeniyetmələrin yaradıcılıq potensialının artırılması məqsədi daşıyır.

IV müsabiqəyə Rusiyanın 79 regionundan və 27 ölkədən 1122 iştirakçı öz işlərini təqdim edib.  Müsabiqənin şərtlərinə görə iştirakçılar öz doğma yerləri və ya Vətən tarixində baş verən mühüm hadisə haqqında video və ya rəsm-təqdimat formatında danışmalı idilər.  Müraciətlər Rusiyanın regionlarından, eləcə də Avstriya, Azərbaycan, Əlcəzair, Belarus, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Vyetnam, İtaliya, Moldova, Mərakeş, Qazaxıstan, Qırğızıstan, Çin, Latviya, Livan, Litva, Monqolustan, Serbiya, Slovakiya, Türkiyə, Özbəkistan, İsveç və digər ölkələrdən olub.  İştirakçılar arasında bağça uşaqları, məktəblilər, Rusiya və xarici universitetlərin tələbələri, müəllimlər, valideynlər var.  Əsərlərində uşaqlar böyüklərlə birlikdə sevimli və görməli yerlərdən danışırlar.

Qalibləri Dövlət Dumasının Ailə, Qadın və Uşaq Komitəsinin sədri Nina Aleksandrovna Ostanina Təşəkkürnamə ilə mükafatlandırıb.
Xatırladaq ki, təqdimat mərasimində Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri Əli Kazımovun rəhbərliyi ilə soydaşlarımız da iştirak ediblər.

image-img-20220520-wa0028

image-img-20220520-wa0030

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki